SOCAR və İsrailin “Union Energy” şirkəti Saziş imzaladı
Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclasında İsraillə investisiya, innovasiyalar, ekologiya, informasiya, su, enerji, kənd təsərrüfatı, qida texnologiyaları sənayesi, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığı genişləndirilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib.
İclasda çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb.
Bildirilib ki, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir: “Bununla belə, biz ticarət əlaqələrimizi şaxələndirməliyik, çünki Azərbaycanın qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün hələ də istifadə olunmamış böyük potensial var”. İqtisadiyyat naziri qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır. Bu kontekstdə, biznes dairələri arasında keçirilən işgüzar tədbirlər dialoqun genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycan ölkələrimiz arasında müasir texnologiyaların transferi sahəsində əməkdaşlıqda maraqlıdır və aidiyyəti qurumlar arasında tərəfdaşlıq birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər.
İqtisadiyyat naziri Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlər barədə də məlumat verib, investorlar üçün yaradılan imkanları diqqətə çatdırıb, İsrail şirkətlərini Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlanmağa, birgə layihələrin həyata keçirilməsinə dəvət edib.
İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen xalqlarımız arasında səmimi dostluq münasibətlərini vurğulayaraq, İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əlaqələrimizi yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd edib. Eli Kohen iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, özəl bölmənin tərəfdaşlığın inkişafı potensialını reallığa çevirdiyini diqqətə çatdırıb.
İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışlara toxunan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ekologiya, ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahələrdə İsraillə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
İclasda müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində əməkdaşılığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında imzalanan Saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadənin imkanlarının artırılmasına xidmət edir. Tədbirdə həmçinin, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiya Qurumu arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, SOCAR və İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə İsrail Milli Su Şirkəti – “Mekorot” arasında Anlaşma Memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
2 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
9 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























