Mənzil veriləcək 255 jurnalist artıq seçilib – RƏSMİ
"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb".
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli açıqlamasında deyib.
V. Səfərli bildirib ki, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən, jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və ilkin olaraq 255 iddiaçının adı müəyyənləşib.
"Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar verib. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmayıb. Eyni zamanda, regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırılıb" , - deyə V. Səfərli qeyd edib.
Həmçinin, aidiyyəti orqanların xəbərdarlıqlarının müddət limitinin müəyyən olunması, həmin dövr ərzində qanunun tələblərini təkrar pozmayan KİV-lərin siyahıdan çıxarılması barədə qərar qəbul olunub.
Komissiya sədri onu da deyib ki, eyni yerdə 3 il fasiləsiz iş stajı kriteriyası redaksiyalardan daxil olan təqdimatlara aid edilib: "Fərdi qaydada olan müraciətlərə isə bu tələb şamil olunmayıb".
V. Səfərlinin sözlərinə görə, açıqlanacaq siyahı media ictimaiyyəti üçün xeyli sürpriz vəd edir: "Siyahıda çoxlu sayda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailə üzvlərinin adları var".
Komissiya sədri deyib ki, bir sıra hallarda daxil olmuş sənədlərdə zəruri məlumatların saxtalaşdırılmasına da rast gəlinib: "Onların sırasında iş stajının süni şəkildə artırılması və bu məqsədlə əmək kitabçasına yanlış məlumatların daxil edilməsi, mənzil şəraiti və ailə tərkibi barədə düzgün məlumatların verilməməsi və s. məsələlər vardır. Belə hallar da müşahidə olunub ki, müraciət müəllifləri müxtəlif illərdə, o cümlədən 2017-ci ildə özünün və ailə üzvlərinin adına olan mənzillərlə bağlı alqı-satqı və bağışlama əməliyyatları keçiriblər və hazırda evsiz olduqlarını göstərməyə çalışıblar. Belə hallar müəyyən edildikdə, həmin şəxslər siyahıdan çıxarılıb. Ümumilikdə isə, gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib”.
Komissiya sədri bildirib ki, bu siyahı, həqiqətən də, jurnalist ictimaiyyətinin müsbət qiymətləndirməsinə layiqdir.
©APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
3 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
48 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























