Quşçuluq şirkətləri: Yumurtanın bayramqabağı bahalaşdırılması bizlik deyil
APEPEA: Yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər. Ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar.Son günlər bəzi İnternet media resursları və sosial şəbəkələrdə Azərbaycanda quş yumurtasının bahalaşmasına dair əsası olmayan məlumat yayılıb. Bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər səsləndirirlər.
Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının birliyi olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi (APEPEA) olaraq bildirir ki, quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri xalqımızın müqəddəs bayramı olan Novruz Bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, Azərbaycanda hazırda quş yumurtasının istehsalında artım müşahidə olunur:
“Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da yüksək səviyyəyə çatıb. Fevralın 7-də Nazirlər Kabineti yem və yem əlavələrinin idxalı gömrük rüsümundan azad edən qərar, fevralın 27-də isə Prezident İlham Əliyev yem və yem əlavələrinin idxalını bu ilin sonunadək ƏDV-dən azad edən fərman imzalayıb. Bu, ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin qiymətinin ucuzlaşmasına imkan verir. Dövlətimiz və onun başçısının bu addımlarına qarşılıq olaraq quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər”.
Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini işə salıblar: “Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar”.
M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar:
“Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq.Çünki məhsulun topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə - Azərbaycan quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur”.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























