Azərbaycandan "Səngəçal terminalı" əməliyyatı - "Burada üçtərəfli uduşlu vəziyyətdir"
BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın enerji sisteminə daxil ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Eyni zamanda, biz Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni dayandıracaq. Həmin qaz boru kəmərinə daxil ediləcək və Avropaya yönləndiriləcək. Bir sözlə, burada üçtərəfli uduşlu vəziyyətdir. Biz 240 meqavatlıq günəş enerji stansiyasını alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və daha səmərəli qaydada fəaliyyət göstərməyə başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac olunur. Biz bu layihəni enerji səmərəliliyi baxımından, çox əhəmiyyətli hesab edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























