AZAL İstanbula bir aviabilet alana ikincisini ödənişsiz təqdim edəcək
AZAL İstanbul uçuşlarında “1+1” aksiyası və ikiqat mil təklif edir“Azərbaycan Hava Yolları” QSC Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar üzrə bahar aksiyasına başlayıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, ekonom sinifdə bir aviabilet əldə edərkən ikincisi aviaşirkət tərəfindən ödənişsiz təqdim olunur. Həmçinin, aksiya çərçivəsində “AZAL Miles” kart sahibləri bu marşrut üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.
Təklif “Azərbaycan Hava Yolları” aviaşirkətinin martın 27-dən aprelin 18-dək həyata keçirilən reyslərinə həm bir tərəfə, həm də gediş-gəliş aviabiletlərinin alınmasına şamil edilir.
Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Aksiya çərçivəsində hədiyyəli aviabiletinin vergi və rüsumları sərnişin tərəfindən ödənilir.
Aksiya çərçivəsində aviabiletlər bir bronda rəsmiləşdirilməli, hədiyyəli aviabiletin geri qaytarılması və ya yenidən təxsisedilməsi ilkin aviabiletlə eyni vaxtda həyata keçirilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)








