Qazaxıstan Milli Bankı faiz qərarını açıqlayıb
Qazaxıstan Milli Bankı əsas faiz dərəcəsini illik 16,75% səviyyəsində saxlayıb.
Marja xəbər verir ki, bu barədə cümə günü maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini +/- 1 faiz bəndi dəhliz ilə illik 16,75% səviyyəsində saxlamaq qərarına gəlib. Qərar Milli Bankın yenilənmiş proqnozlarına, eləcə də inflyasiya risklərinin qiymətləndirilməsi üzrə təhlillərə əsaslanıb",- məlumatda bildirilir.
Yanvarın 13-də Milli Bank uçot dərəcəsini illik 16,75% səviyyəsində saxlamışdı.
2023-cü ilin yanvarında Qazaxıstanda illik inflyasiya artmaqda davam edərək 20,7% təşkil edib. Ərzaq məhsullarının qiymətlərinin artması əsas amil olaraq qalır. Eyni zamanda, aylıq inflyasiya ardıcıl dördüncü ayda da səngiməkdə davam edərək 1,1%-ə (2022-ci ilin sentyabrında 1,8%-dən) düşüb. Aylıq inflyasiya kimi baza inflyasiya göstəriciləri də yavaşlayır.
Milli Bankın faiz dərəcəsi ilə bağlı növbəti planlaşdırılmış qərarı aprelin 7-də açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























