Ötən ay respublikada 7,8 faiz artımla elektrik enerjisi istehsal edilib
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 mln. kVt·st, yəni 7,8 % artaraq 2 759,8 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib. Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 27,96 mln. kVt·st olub. Ay ərzində külək elektrik stansiyalarında 4,68 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt·st (İES-lərdə 2 460,0 mln. kVt·st, SES-lərdə 63,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kV·st (İES-lərdə 21,98 mln. kVt·st, SES-lərdə 3,24 mln. kVt·st, Günəş ES-də 3,63 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 203,6 mln. kVt·st təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st, ixracı isə 512,6 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


