Alphabet-in xalis mənfəəti 2022-ci ildə 21 faiz azalıb
Google-a sahib olan Amerika holdinqi Alphabet şirkəti 2022-ci ildə xalis mənfəətinin 2021-ci illə müqayisədə 21% azalaraq 59 milyard 972 milyon dollara düşdüyünü açıqlayıb. Şirkətin gəlirləri illik müqayisədə təxminən 10% artaraq 282 milyard 836 milyon dollara çatıb. Alphabet-in ötən ilin dördüncü rübündə xalis mənfəəti illik müqayisədə 34% azalaraq 13 milyard 624 milyon dollar olub. Alphabet-in rüblük gəliri isə 1% artaraq 76 milyard 48 milyon dollara çatsa da, 76 milyard 7 milyon dollar olan proqnozdan bir qədər aşağı olub.Google-un ana şirkəti Alphabet ötən ilin son rübündə gəlirlərini artırıb, mənfəəti isə azalıb.
Marja xəbər verir ki, Alphabet-in keçən ilin dördüncü rübündə gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 76,1 milyard dollar təşkil edib. Şirkət 2021-ci ilin oktyabr-dekabr dövrü üzrə 75,3 milyard dollar gəlir açıqlamışdı.
Sözügedən dövr ərzində məhdud artıma baxmayaraq, Alphabet-in gəliri bazarın 76,5 milyard dollarlıq proqnozundan aşağı olub.
Şirkətin gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 10 faiz artaraq 282,8 milyard dollara çatıb. Alphabet-in 2021-ci ildə gəliri 257,6 milyard dollar təşkil etmişdi.
“Alphabet”in xalis mənfəəti ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalaraq 13,6 milyard dollara düşüb. Şirkət 2021-ci ilin dördüncü rübündə 20,6 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin 2022-ci ildə xalis mənfəəti 59,9 milyard dollar olub. Şirkət 2021-ci ildə 76 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı.
Alphabet-in səhm üzrə mənfəəti 2021-ci ilin dördüncü rübündəki 1,53 dollardan keçən ilin eyni dövründə 1,05 dollara düşüb.
Alphabet holdinqinə axtarış sistemi Google, Android, YouTube, Google Life Sciences, Calico, Sidewalk Labs, Nest, Google Ventures, Google Capital və Google X daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























