Bitcoin-in qiyməti cümə axşamı 24 000 dolları keçib
Cümə axşamı günortadan sonra Bitkoinin (Bitcoin) qiyməti 24 min dolları keçib.
Marja xəbər verir ki, ticarət həcminə görə ən böyük olan Binance birjasında Bitkoin gün ərzində3,6% bahalaşaraq 24 min 255 dollara çatıb ki, bu da Bitkoinin 24,4 min dolları ötdüyü avqustun 17-dən bəri ən yüksək səviyyədir.
20-dən çox birja üçün orta qiyməti hesablayan CoinMarketCap portalının məlumatına görə, Bitkoinin dəyəri 3,6% artaraq, orta hesabla 23,82 min dollara çatıb.
Çərşənbə günü FED baza faiz dərəcəsini gözlənildiyi kimi 0,25 faiz bəndi artıraraq illik 4,5-4,75%-ə çatdırıb. FED sədri Jerome Powell mətbuat konfransında bildirib ki, FED inflyasiyanı cilovlamaq üçün faizləri artırmağa davam edəcək. Eyni zamanda, Pauell qeyd edib ki, ABŞ iqtisadiyyatı sərt tədbirlərə baxmayaraq, böyüməni davam etdirəcək və iqtisadiyyatda əhəmiyyətli bir yavaşlama olmadan inflyasiya 2%-ə qayıda bilər.
İlin əvvəlindən Bitkoinin qiyməti nəzərəçarpacaq artım göstərib - dekabrın sonundakı 16,54 min dollardan 1,4 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
2 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
2 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır




























