Azercell-in Telefon Mərkəzi 2022-ci ildə 3 milyondan çox sorğu qəbul edib
(®️) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədilə yoluna davam edən “Azercell Telekom” MMC daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla istifadəçilərinin xidmətindədir.
2022-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng daxil olub. Müraciətlərin ortalama cavablama müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
2022-ci ildə Onlayn Müştəri Xidmətləri üzərindən şirkətə daxil olan sorğu sayı 1 milyondan artıq olub. Xatırladaq ki, Onlayn müştəri xidməti ölkədə ilk dəfə olaraq 2011-ci ildə məhz Azercell tərəfindən istifadəyə verilib.
Həmçinin, ötən il ərzində Azercell-in rəsmi Facebook, Instagram, Twitter, YouTube və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb.
Qeyd edək ki, abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir.
Həftənin 7 günü, 24 saat ərzində istənilən vaxt abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


