“Enagas” və “Fluxys” Trans-Adriatik Boru Kəmərindəki payını artırır
İsveçrənin enerji şirkəti olan “Axpo” "Trans Adriatic Pipeline AG" (TAP) konsorsiumundakı 5 %-lik payını 210 milyon avroya (228,6 milyon ABŞ dolları) İspaniyanın “Enagas” və Belçikanın “Fluxys” şirkətlərinə satmağa razılaşıb.
“Axpo”nun məlumatına görə, “Enagas” enerji şirkəti TAP-ın səhmlərinin 4 %-ni, qazötürücü sistem operatoru “Fluxys” isə qalan 1 %-ni “Axpo”dan alacaq.
İspaniya şirkətinin bəyanatında deyilir ki, “Enagas” TAP-ın 4 %-ni 168 milyon avroya əldə edəcək.
“Axpo”dan bildirilib ki, sövdələşmə normal şərtlərlə icra ediləcək və onun 2023-cü ilin ikinci yarısında yekunlaşacağı gözlənilir.
Bununla da, “Enagas” və “Fluxys”, TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“TAP AG” konsorsiumu boru kəmərinin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – ildə 14,4 milyard kubmetrə qədər, qismən məhdud – ildə 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrədək.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























