Dünyanın aparıcı otel qrupu Azərbaycanın kurortlarında yeni otellərin açılması imkanlarını öyrənir
Dünyanın aparıcı otellər qrupu olan Accor, 2023-cü ildə Azərbaycanın dəniz, sağlamlıq və xizək kurortlarında yeni otellərin açılması üçün imkanların öyrənilməsini davam etdirəcək.
Bu barədə Marja-ya "Accor New East Europe" şirkətindən bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə şirkətin Azərbaycanda iki yeni oteli açılacaq. Müasir dizayn və milli ləzzəti özündə birləşdirən "Mercure Baku City" paytaxtın tam mərkəzində, şəhərin əsas görməli yerlərindən bir neçə addımlıq məsafədə yerləşir. Bu ilin sonunda Accor Bakıda premium "Mövenpick Winter Park Baku"nu təqdim edəcək. Ötən il "Mövenpick Winter Park Baku"nun 2023-cü ilin yazından fəaliyyət göstərəcəyi açıqlanmışdı.
Accor qeyd edib ki, bir sıra strateji imzalar sayəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada portfelini 60%-dən çox artıracaq. Accor 2023-cü ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada 9 yeni otel açmağı planlaşdırır, onlardan beşi üzrə müqavilələr 2022-ci ildə imzalanıb.
Accor 110 ölkədə 5300 mehmanxana və 10 000 restoran və barı birləşdirən dünyanın aparıcı otel qrupudur. Qrup 40-dan çox dəbdəbəli, premium, orta səviyyəli və ekonom mehmanxana brendlərini, əyləncə və gecə məkanlarını, restoran və barları, brend şəxsi rezidensiyaları, kovorkinqləri özündə birləşdirən qonaqpərvərlik sənayesində ən müxtəlif və tam inteqrasiya olunmuş ekosistemlərdən birinə malikdir. 1967-ci ildə əsası qoyulan Accor SA-nın baş ofisi Fransada yerləşir.
Xəbər verdiyimiz kimi, "Accor" şirkəti "Capital İnvest" MMC ilə əməkdaşlıq müqaviləsi imzalayaraq Azərbaycanda premium otel açacaq. Müqavilə paytaxtın mərkəzində yerləşən "Winter Park Hotel Baku"nun yenilənməsi və rebrendinqini nəzərdə tutur. "Mövenpick Winter Park Baku" oteli "Winter Park Hotel Baku"nun yerləşdiyi binada fəaliyyətə başlayacaq. "Mövenpick Winter Park Baku" Qış Parkının yaxınlığında açılacaq. “Mercure” oteli isə “Mogan Hotel Baku” otelinin rebrendinqi nəticəsində Bakıda istifadəyə veriləcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























