İqtisadiyyat naziri Çinin “Huawei” şirkətinin vitse-prezidenti ilə görüşüb
İyulun 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb.
İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Qeyd edilib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülüb. Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası üzrə keçirilən Yüksək Səviyyəli Beynəlxalq Forum çərçivəsində Azərbaycan və Çin arasında digər sahələrlə yanaşı, İKT sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan “Huawei” ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər.
“Huawei” şirkətinin Naxçıvanda fiziki cəhətdən qüsurlu insanlara “elektron təhsil” sistemi hədiyyə etməsini yüksək qiymətləndirib, Bakı Ələt Ticarət Limanında görülmüş işlər barədə məlumat verərək, şirkəti burada yaradılmış əlverişli vergi və gömrük rejimindən yararlanmaqla əməkdaşlığa dəvət edib.
“Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Hou Tao İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan şirkətin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, “Huawei” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 3 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















