“Azəriqaz”da tarif limitləri ilə bağlı açıqlama - "Proses bir neçə gün vaxt alacaq"
SOCAR “Azəriqaz” İstehsal Birliyi mexaniki (sonradan ödənişli red.) sayğaclarda tarif limitlərinin yenilənməsinin gələn ilin 6 yanvar tarixinədək başa çatdırılmasını planlaşdırır.
Bunu "Azəriqaz"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limitinin yenilənməsi avtomatik olaraq baş tutacaq (2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 1-ə keçən gecə - red.). Hazırda Azərbaycanda smart-kart tipli qaz sayğaclarından istifadə edən abonentlərin sayı 1 milyona yaxındır.
“Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”, - Eldəniz Vəliyev qeyd edib.
O əlavə edib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-a qədər (tədricən – red.) təmin olunmalıdır: “Amma qarşımızda qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının 6-na qədər icra olunsun”.
Qoyulan məqsədin yerinə yetirilməsinə mane ola biləcək amillər sırasında Eldəniz Vəliyev bayram günləri ilə əlaqədar abonentlərin evdə olmaması, turistik səfərlərdə olması və digər subyektiv səbəbləri sadalayıb.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
4 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
49 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























