Gürcüstan və Qazaxıstanın nəqliyyat vasitələrinə Yaşıl kart Azərbaycan sığortaçıları tərəfindən satılacaq
2022-ci ilin iyun ayında Beynəlxalq Bürolar Şurasının (BBŞ) Belqrad şəhərində keçirilmiş 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun (Büro) fəaliyyəti yüksək qiymətləndirilmiş, beləliklə 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 illik müddətdə Büro BBŞ-nin tam hüquqlu üzvü seçilmişdir. Eyni zamanda üçüncü şəxslərə dəymiş zərərlərin ödənilməsi, öhdəliklərin zəmanəti kimi BBŞ-nin müəyyənləşdirdiyi xarici bankda yerləşdirilmiş 5 000 000 Euro vəsaitin geri qaytarılması təmin olunmuş, vəsait Büronun Azərbaycan banklarında olan hesabına transfer edilərək investisiyaya cəlb edilmişdir.
Marja xəbər verir ki, bu, İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Büro tərəfindən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması üçün BBŞ-yə rəsmi müraciət göndərilmiş və razılıq əldə edilmişdir. Razılığa əsasən 01 yanvar 2023-cü ildən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılacaqdır. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin önəmli miqdarda mənfəət əldə etmələri gözlənilir.
Cari ildə həmçinin Azərbaycan və Türkiyə Yaşıl Kart sığorta sistemləri inteqrasiya olunmuşdur. Bununla da Azərbaycana məxsus avtomobil Türkiyə, həmçinin Türkiyənin nəqliyyat vasitələri Azərbaycan gömrük məntəqələrinə daxil olduqda Yaşıl Kartın etibarlılığı elektron qaydada müəyyən edilir. Büronun təşəbbüsü ilə həyata keçirilmiş inteqrasiya dünyada ilk belə təcrübə olmaqla, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədləri keçmənin qarşısını alır.
Büro cari ilin 11 ayında Yaşıl Kart Sistemində xaricdə baş vermiş yol-nəqliyyat hadisələrinə görə 531 000 manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə isə 95 000 manatdan artıq ödəniş həyata keçirmişdir. Xaricdə baş verən hadisələr üzrə ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış və 31.586,37 manat təşkil etmişdir. Xarici vətəndaşların iştirakı ilə Azərbaycan ərazində baş vermiş hadisələr üzrə isə ən böyük ödəniş 23.000 manat olmaqla Rusiyanın payına düşür.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən Yaşıl Kart Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılmışdır. 01 yanvar 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
12 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi


















.jpg)

