Beynəlxalq Enerji Agentliyi bu il rekord kömür istehlakını proqnozlaşdırır
IEA qlobal kömür istehlakının 2022-ci ildə ilk dəfə olaraq səkkiz milyard tonu keçəcəyini gözləyirBeynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, enerji böhranı fonunda qlobal kömür istehlakı 2022-ci ildə yeni yüksək həddə çatacaq.
Marja-nın məlumatına görə, IEA Kömür 2022 hesabatında yazır ki, “Kömürə qlobal tələb 2022-ci ildə də artacaq və bu, enerji böhranı şəraitində onu bütün zamanların ən yüksək həddinə çatdırmaq üçün kifayət edəcək. Bərpa olunan enerjiyə keçidi sürətləndirmək üçün daha güclü tədbirlər görülməsə, 2025-ci ilə qədər oxşar səviyyələr davam edəcəkdir".
Qeyd edilir ki, 2022-ci ildə dünyada kömür istehlakı 1,2% artaraq ilk dəfə 8 milyard tonu keçəcək və bununla da 2013-cü ildə qeydə alınmış əvvəlki rekord yenilənəcək.
"Kömür qlobal enerji sistemində karbon qazı emissiyalarının ən böyük mənbəyi olaraq qalacaq", - İEA əlavə edir.
Hesabat müəlliflərinin fikrincə, qlobal enerji böhranı şəraitində təbii qazın yüksək qiyməti elektrik enerjisi istehsalı üçün kömürdən asılılığın artmasına səbəb olub.
Agentlik dünyanın üç ən böyük kömür istehsalçısının - Çin, Hindistan və İndoneziyanın 2022-ci ildə hasilat rekordlarını qıracağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























