Brent neftin qiymətində yanvarın 3-dən bəri bir ilk
Brent markalı neftin bir barelinin qiyməti yanvarın 3-dən bəri ilk dəfə 78 dollardan aşağı düşüb.Neft qiymətləri ABŞ-ın güclü makroiqtisadi statistikası fonunda düşür. İnvestorlar FED-in faizləri artırmağa və onları uzun müddət yüksək səviyyələrdə saxlamağa davam edəcəyindən qorxurlar.
Marja xəbər verir ki, ICE London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti təxminən 2% düşərək bir barel üçün 77,76 dollar olub. Brent nefti 11 aydan çox müddətdə - yanvarın 3-dən bəri ilk dəfə 78 dollardan aşağı satılıb.
WTI markalı neftin yanvar müqaviləsinin kotirovkaları 1,99% dəyər itirərək bir barel üçün 72,77 dollar təşkil edib.
Neft qiymətləri ABŞ-da güclü makroiqtisadi məlumatlar fonunda düşür. İnvestorlarda, güclü iqtisadi vəziyyət ilə əlaqədar olaraq inflyasiyanın uzun müddət yüksək səviyyələrdə qalacağı və ölkədə davamlı faiz artırılacağı qorxusu yaranıb. Faizlərin daha çox artırılmasının iqtisadi tənəzzülə səbəb olacağı da gözlənilir.
Qiymətlərin düşməsi ABŞ dollarını dəstəkləyən iri ABŞ banklarının gələn il tənəzzülün başlanacağı ilə bağlı xəbərdarlıqları ilə də dəstəklənir. Güclü dollar nefti digər valyuta sahibləri üçün bahalaşdırır və riskli aktivlərə olan iştahı azaldır.
Bazarlar tənəzzül qorxusu fonunda tələbin perspektivlərini də izləməyə davam edir. Analitiklər bildirilər ki, "neft tələbi ilə bağlı proqnozlar pisləşir, çünki faktiki olaraq bütün əsas iqtisadiyyatlarda artımın yavaşladığı müşahidə edilir".
Bazarların əsas narahatlığı bazar ertəsi Qərbin Rusiya neftinə qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra tədarük perspektivləri ilə bağlı qeyri-müəyyənlik ilə bağlıdır. İndi Avropa İttifaqı (Aİ) dəniz yolu ilə daşınan Rusiya neftinin qəbulunu dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ belə neftə bir barel üçün 60 dollar qiymət həddi tətbiq edib.
“Vedomosti” çərşənbə günü yazıb ki, Rusiya hakimiyyəti üç mümkün cavab hazırlayır. Birincisi - məhdudiyyəti dəstəkləyən ölkələrə, o cümlədən vasitəçi ölkələrə satışın tam qadağan edilməsi, ikincisi - qiymət tavanı şərtinin daxil olduğu müqavilələr üzrə ixracın qadağan edilməsi, üçüncüsü isə - indikativ qiyməti - yəni Rusiyanın Urals neftinə Brent neftin qiymətinə bağlı olaraq maksimum endirimi nəzərdə tutur. Endirim müəyyən ediləcək minimal qiymətdən aşağı ola bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























