“Mən də xaricdən gələndə dərman gətirmək istəyirəm” - Deputat
“Son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.
Millət vəkilinin sözlərinə görə, bu, həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır: “Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Problemin həlli üçün əvvəla səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunlardan ikisi beynəlxalq səbəblər, biri isə ölkədaxili məsələdir. Hər kəs problemin ciddiliyini anlayır, amma problem öz həllini tapmır.
Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı baş verib və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsi də bu ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir”.
XXX
Məsələyə deputat Razı Nurullayev də münasibət bildirib. O qeyd edib ki, bu gün ölkədə bütün sahələrdə bahalıq davam edir: "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, Parlament tərəfindən qanunlar qəbul edilir. Amma, yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır. Elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın”.
O qeyd edib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: “Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə düz edir. Nəinki, düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki, vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən, mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam, çünki, narahat olmuşam ki, hava limanında üzümə söz gələr”.
Razı Nurullayev vurğulayıb ki, insanlar qiymətin bahalığına görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır: “Bu, ürəkağrıdıcı mənzərədir”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
2 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
2 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb


























