Nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatların həcmi kəskin artıb
2022-ci ilin ötən dövründə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Dövr ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir etmişdir ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişmişdir.
2022-ci ilin 9 ayı ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16.3% artaraq 22.3 milyard ABŞ dolları ekvivalentində olmuşdur.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, nağdsız valyuta əməliyyatlarının 84.5%-i ABŞ dollarında, 15.5%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 29.6%-i banklararası valyuta bazarında (BVB), 70.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 6.6 milyard ABŞ dolları ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 19.9% artmışdır. Bu seqmentdə əməliyyatların 99.1%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 15.7 milyard dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin eyni dövrünə nəzərən 14.8% çoxdur. Əməliyyatların 78.3%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 46.9% artaraq 3.9 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 87.2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. 1-ci rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 9 ayda ötən ilin müvafiq dövrünə nəzərən 48.1% artmışdır. Bununla belə, aprel ayından başlayaraq vəziyyət dəyişmiş və banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir.
Dövr ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 74 valyuta hərracı keçirilmişdir. Hərraclarda ARDNF-in 3 milyard 857.7 milyon ABŞ dolları məbləğində vəsaiti satılmışdır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 835.2 milyon ABŞ dolları təşkil etmişdir.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. 9 ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat təşkil etmişdir.
İcmalda qeyd edilib ki, hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənmə istiqamətində dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşmış, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
























