Novak: Rusiya tavan qiymət tətbiq edəcək ölkələrə neft satmayacaq
"Qiymətin yuxarı həddinin müəyyən edilməsi məhz neft bazarının fəaliyyət göstərməsinin bazar prinsiplərinə görünməmiş müdaxilədir".Rusiya qiymət tavanı tətbiq edəcək ölkələrə neft və ya neft məhsulları tədarük etməyi planlaşdırmır. Rusiya neft və ya neft məhsullarını bazar yönümlü tərəfdaşlara istiqamətləndirəcək və ya hasilatı azaldacaq.
Marja xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Rusiya qiymətlərin formalaşmasında azad bazar qaydadlarının tərəfdarıdır. Bu baxımdan, biz neft və neft məhsullarını tavan qiymət prinsipini tətbiq edəcək ölkələrə tədarük etməyi planlaşdırmırıq. Məhsullar bazar prinsiplərinə sadiq tərəfdaşlara yönəldiləcək və ya istehsal azaldılacaq", - Novak deyib.
Novak xəbərdarlıq edib ki, enerji resurslarına qiymət tavanlarının tətbiqi, eləcə də enerjinin siyasiləşdirilməsi yalnız qıtlığa və enerji təchizatında problemlərə gətirib çıxara bilər.
"Biz hesab edirik ki, enerji sektorunun siyasiləşdirilməsi yalnız resurs çatışmazlığına və enerji təchizatı ilə bağlı problemlərə gətirib çıxara bilər. Qiymətin yuxarı həddinin müəyyən edilməsi məhz neft bazarının fəaliyyət göstərməsinin bazar prinsiplərinə görünməmiş müdaxilədir və bu, investisiyaların azalmasına, təklifin azalmasına gətirib çıxaracaqdır”.
Novakın bəyanatı, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın krallığın neft hasilatını gündəlik 500 min barel artırmaq üçün OPEC+-ın digər üzvləri ilə müzakirələr apardığı barədə xəbərləri təkzib etməsindən dərhal sonra yayımlanıb.
"Wall Street Journal" OPEC nümayəndələrinə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı və digər OPEC ölkələri dekabrın 4-nə planlaşdırılan qarşıdan gələn OPEC+ toplantısında neft hasilatını gündəlik 500 min barel artırmaq barədə qərar qəbul etmək imkanını müzakirə edirlər.
Oktyabrın 5-də keçirilən əvvəlki iclasda alyans üzvləri hasilatı noyabr ayından gündəlik 2 milyon barel azaltmaq barədə razılığa gəliblər.
İyulda təsdiqlənmiş 6-cı sanksiya paketi çərçivəsində Avropa İttifaqı Rusiyadan xam neft tədarükünü dekabrın 5-dək, emal olunmuş məhsulların tədarükünü isə 2023-cü il fevralın 5-dən dayandırmaq qərarına gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























