Azərbaycanda vergi ödəyənlərin sayı açıqlanıb
Dövlət qeydiyyatından keçən kommersiya qurumu sayı kəskin artıb.2022-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 397 min 137 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxs, 12,5 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,1 faiz (ümumi artımın 82,5 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 17,5 faizi) artıb.
2022-ci ilin 10 ayı ərzində 12 min 975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,9 faizi elektron qaydada, 28,1 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2 min 441-nin (ümumi qeydiyyatın 18,8 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib.
Yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi Asan imza ilə imzalanmaqla təqdim olunub.
Yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5 faizi yerli investisiyalı, 23,5 faizi xarici investisiyalı qurumlardır.
2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,3 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin noyabr ayının 1-nə 383 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
2022-ci ilin 10 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5 faiz artıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















