Gəncə əhalisinin sayı artıb - SON RƏQƏMLƏR
Ərazisi 125 kvadrat kilometri (rəsmi mənbələrdə 110 kv.km) əhatə edən Gəncə şəhərinin əhalisinin sayı ilkin hesablamalara əsasən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 745 nəfər artaraq 1 oktyabr 2022-ci il vəziyyətinə 336 min 539 nəfərə çatmışdır.
Gəncə Şəhər Statistika İdarəsindən Marjaya daxil olmuş məlumata görə, əhalinin 153 min 89 nəfəri (45,5 faiz) Nizami rayonunda, 183 min 450 nəfəri (54,5 faiz) isə Kəpəz rayonunda yaşayır. Əhalinin 48,8 faizi (164 min 298 nəfər) kişilərdən, 51,2 faizi (172 min 241 nəfər) isə qadınlardan ibarətdir.
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə 2224 doğulan körpə qeydə alınmışdır. Doğulanların 1218 nəfərini (54,8 faiz) oğlanlar, 1006 nəfərini (45,2 faiz) qızlar təşkil edir.
2022-ci ilin 9 ayında 1630 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1226 nikaha daxilolma və 428 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 371 nəfər gələn, şəhərdən 220 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 151 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















