Dünya miqyaslı New Holland markasının Göygöldə sərgi salonu açıldı
(®) 27 oktyabr 2022-ci il tarixində Göygöl rayonunda New Holland texnikalarının yeni satış və xidmət mərkəzinin təntənəli açılışı olmuşdur.
Tədbirdə Göygöl rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev və digər RİH nümayəndələri, New Holland şirkətinin təmsilçiləri, xidmət mərkəzinin rəhbər və işçi heyəti, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
New Holland şirkətinin regional direktoru Styuart Kempbell tədbir iştirakçılarına salonda sərgilənən 9 model New Holland traktorlarını və 2 model taxılyığan kombaynını təqdim etmişdir. Texnikaların təqdimatından sonra tədbir iştirakçıları mərkəzin təlim salonu, kredit və lizinq xidmətlərinin göstərilməsi ofisi, həmçinin ehtiyyat hissələrinin satış zonası ilə tanış olmuşlar.
Sərgi salonu fermerlərə daha keyfiyyətli və sürətli şəkildə xidmət göstərilməsi məqsədilə fəaliyyətə başlayıb. Belə ki, New Holland markalı kənd təsərrüfatı texnikaları artıq bir neçə ildir ki, Azərbaycan fermerləri tərəfindən istifadə edilir. Hazırda istehsalçının təklif etdiyi traktorlar 50 - 600 at gücü aralığında olub, istər böyük, istərsə də orta və kiçik fermer təsərrüfatlarının tələblərini qarşılamaq gücündədir.
Sərgi salonu həmçinin xüsusi təlim salonu təchiz edilmişdir ki, bu da fermer və mexanizatorların müasir, innovativ texnikaları daha düzgün və səmərəli istifadə edə bilmələri məqsədilə mütəmadi şəkildə təlimlərin və sertifikatlaşdırma proqramlarının təşkili üçün nəzərdə tutulub. Mexaniztorlar ehtiyyat hissələrinin satışı zonasında lazımi hissələri əvvəlkindən daha qısa zaman çərçivəsində və daha rahat şəkildə əldə edə biləcəklər.
Bundan başqa sərgi salonunda "Prior Leasing" ASC-nin şöbəsi fəaliyyət göstərir ki, burada da fermerlər aldıqları texnikaları dövlətin təqdim etdiyi faizsiz lizinq şərtlərilə və 40% dövlət subsidiyası hesabına ala bilərlər. Bu da fermerə imkan verir ki, satış mərkəzindən ayrılmadan, yerindəcə texnikanın lizinq şərtləri ilə alışını edə bilsin.
Qeyd edək ki, 1895-ci ildə yaradılmış New Holland şirkəti bir dünya markasıdır. Kənd təsərrüfatı və inşaat texnikaları üzrə dünyada lider şirkətlərdən biridir, 100-dən çox ölkədə 1800 satış mərkəzi ilə fermer və mexanizatorlara xidmət göstərir. Hər il dünyada 170000-dən çox New Holland texnikası satılır. Şirkət öz texnikalarının yüksək effektivliyi və innovativliyi ilə seçilir. Bu cür müasir kənd təsərrüfatı texnikalarının ölkədə istifadəsinin geniş vüsət almasının yaxın gələcəkdə Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir edəcəyinə inanırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























