"Kapital Bank"ın xalis mənfəəti kəskin artıb
"Kapital Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 210 milyon 609 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bankı"ın xalis mənfəəti 75 milyon 428 min manat və ya 55,8% artıb.
Bank 2021-ci ilin yanvar-sentyabr dövrünü 135 milyon 181 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bank" ASC faiz gəlirləri 97 milyon 684 min manat və ya 28% artaraq 445 milyon 345 min manat, qeyri-faiz gəlirləri isə 85 milyon 836 min manat və ya 28,8% artaraq 383 milyon 939 min manat təşkil edib.
2022-ci ilin 3 rübü ərzində "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 173 milyon 621 min manat artaraq 732 milyon 820 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 106 milyon 912 min manat artaraq 393 milyon 259 min manata çatıb. Gəlirlər xərclərdən daha çox artdığından Bankın əməliyyat mənfəəti 66 milyon 709 min manat və ya 24,4% artaraq 339 milyon 561 min manat təşkil edib. "Kapital Bank" 71 milyon 816 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 57 milyon 136 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2022-ci ilin 9 ayını 210 milyon 609 min manat xalis mənfəət ilə başa vurub.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bank" ASC-nin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırması 29 milyon 111 min manat və ya 28,8% azalaraq 71 milyon 816 min manata düşüb.
BANKDA DEPOZİTLƏR DƏ ARTIB
Son 12 hesabat ayında "Kapital Bank"ın depozit portfeli 1 milyard 622 milyon 117 min manat və ya 35,6% artaraq 6 milyard 180 milyon 921 min manata yüksəlib.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
30 Sentyabr 2022-ci il tarixində "Kapital Bank" ASC 7 milyard 721 milyon 463 min manat cəmi aktivlərə, o cümlədən 3 milyard 234 milyon 143 min manat kredit portfelinə malik olub. Bank ötən ilin eyni tarixində 5 milyard 916 milyon 38 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 472 milyon 23 min manat kredit portfelinə malıik idi.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
11 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























