Azərbaycanın xaricə neft və qaz satışından gəlirləri "fontan vurur"
Azərbaycan 9 ay ərzində xaricə neft satışından 14,9 milyard dollar, təbii qaz satışından isə 12,1 milyard dollar qazanıb.2022-ci ilin 9 ayında neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracının statistik dəyəri 27 milyard 404 milyon 360 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın cəmi 29 milyard 521 milyon 125 min dollarlıq ixracının 92.83%-i neft-qaz sektoruna daxil olan mallar hesabına formalaşıb.
2021-ci ilin 9 ayında neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 12 milyard 820 milyon 765 min dollar təşkil etmişdi.
2022-ci ilin yanvar-sentyabr dövründə Azərbaycandan 14 milyard 897 milyon 430 min dollarlıq xam neft, 12 milyard 102 milyon 516 min dollarlıq təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 9 milyard 302 milyon 613 min dollarlıq xam neft, 2 milyard 951 milyon 453 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, ixrac edilən xam neftin statistik dəyəri 60,1%, təbii qazın statistik dəyəri isə 4,1 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
25 san. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
6 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
14 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 23 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 29 d. əvvəl
-
32 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 35 d. əvvəl
- 40 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Ən çox oxunanlar
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq



























