Azərbaycan iqtisadiyyatının artım proqnozu yaxşılaşdırılıb
2022-ci ildə Azərbaycanda ÜDM-in 4,2% artacaq.
Bunu Dünya Bankı (DB) çərşənbə axşamı dərc olunan Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalda proqnozlaşdırır.
Apreldə DB 2022-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırmışdı.
O cümlədən, DB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dək (aprel proqnozu – 2,2%) və 2024-cü il üçün – 2,6% (aprel proqnozu – 2,3%) yaxşılaşdırıb.
“Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2%-ə, 2023-2024-cü illərdə - 2,7%-ə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”, - DB qeyd edir.
DB-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ASK məhsulları istehsalının artımı 1,1%, 2023-cü ildə - 2%, 2024-cü ildə - 2,2% təşkil edəcək.
2022-2024-cü illərdə sənaye sahəsində istehsalın artımı müvafiq olaraq 2,7%, 1,5% və 1,3% təşkil edəcək. Xidmətlər müvafiq olaraq 7,3%, 5% və 4,6% artacaq.
Bank cari ildə Azərbaycanda inflyasiyanı 12,5% səviyyəsində (aprel proqnozu – 9%), gələn il – 9,5% səviyyəsində (aprel proqnozu – 6,6%), 2024-cü ildə - 8% səviyyəsində (aprel proqnozu – 6%) proqnozlaşdırır.
“2023-2024-cü ildə inflyasiyanın azalması, eyni zamanda AMB-nin hədəf diapazonundan (4% +/- 2%) mühüm dərcədə yüksək qalması gözlənilir”, - DB vurğulayır.
DB-nin qiymətləndirmələrinə əsasən, enerji daşıcılarının yüksək qiymətləri Azərbaycana ortamüddətli perspektivdə iki rəqəmli tədiyə balansının cari əməliyyatlar hesabının pörofisitinə malik olmağa imkan yaradacaq: 2022-ci ildə - ÜDM-in 24,5%-i, 2023-cü ildə - ÜDM-in 16,7%-i, 2024-cü ildə - ÜDM-in 13,4%-i.
DB-də hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı üçün əlverişsiz risklər aşağıdakılardır: Ermənistanla hərbi toqquşmaların davamı və ya gərginləşməsi, Ukraynada uzanan münaqişə, əsas ticarət tərəfdaşlarında yavaşlama və inkişaf etmiş iqtisadiyyatı olan ölkələrdə pul sərtləşməsi.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımnı 3,5% səviyyəsində, 2023-cü ildə - 2,7%, orta illik inflyasiyanı müvafiq olaraq – 12,5% və 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















