"İsveç iqtisadiyyatını acınacaqlı aqibət gözləyir, işsizlik artacaq"
Gələn il İsveç iqtisadiyyatının tənəzzülə uğrayacağı və işsizliyin artacağı gözlənilirİsveç İqtisadiyyat İnstitutuna (Konjunktur İnstitutet - Kİ) görə, görə tənəzzül qapıdadır. Əvvəllər qorxulduğundan daha sürətli və daha dərin gəlir.
Marja.az İnstituta istinadən xəbər verir ki, yeni proqnozda gələn il işsizliyin artacağı proqnozlaşdırır.
İqtisadiyyat İnstitutunun çərşənbə axşamı açıqladığı son proqnozunda, yüksək inflyasiya və Riksbankın əsas faiz dərəcəsini yüksəltməyə reaksiyasının ev təsərrüfatlarının alıcılıq qabiliyyətini sürətlə aşağı saldığı bildirilir.
İqtisadiyyat İnstitutu İsveç iqtisadiyyatının gələn il ərzində tənəzzülə uğrayacağını gözləyir. Əvvəlki proqnozla müqayisədə İsveç iqtisadiyyatını daha acınacaqlı aqibət gözləyir, ocümlədən əmək bazarı ilə bağlı.
İnstituta görə, işsizlik 2023-cü ildə artacaq. Onların son proqnozuna görə, işsizlik səviyyəsi 2023-cü ildə 7,4 faizdən (iyun ayı proqnozu) 7,7 faizə yüksələcək. Daha sonra 2024-cü ildə 8 faizə çatacağı gözlənilir. İyun ayında İnstitut işsizliyin 2024-cü ildə 7,4 səviyyəsində olcağını nəzərdə tuturdu.
“Zəif tələb tendensiyası gələn il İsveç iqtisadiyyatının tənəzzülə girməsinə səbəb olacaq. Əmək bazarı hələ də güclüdür və bu il məşğul insanların sayı sürətlə artıb. Gələn il tənəzzül o deməkdir ki, işçi qüvvəsinə tələb daha az olacaq və işsizlik artacaq”, - Kİ qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
13 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
22 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub































