Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdü
Bazar ertəsi Böyük Britaniya funt sterlinqi rekord aşağı səviyyəyə, Avro isə Avropada iqtisadi şəraitin pisləşməsi ilə bağlı artan narahatlıqlar və dolların "təhlükəsiz liman" alışları ilə bahalaşması nəticəsində 22 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja.az xəbər verir ki, Böyük Britaniyanın yaxınlaşan tənəzzül qarşısında geniş vergi endirimlərini elan etməsindən sonra Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb.
Böyük Britaniya iqtisadi artımı dəstəkləmək üçün ölkədə son 50 ildə ən böyük vergi endirimləri paketini açıqlayıb. Lakin ölkənin yavaşlayan iqtisadi artım və əkiz kəsirlə üzləşdiyini nəzərə alsaq, bazarlar belə bir hərəkətin davamlılığına şübhə ilə yanaşır.
Cümə günü verilən məlumatlar da göstərib ki, Böyük Britaniya biznes fəaliyyəti sentyabr ayında ardıcıl ikinci ay azalıb. Bu yaxınlarda faiz dərəcələrini artıran İngiltərə Mərkəi Bankı da Britaniya iqtisadiyyatının artıq tənəzzülə uğraya biləcəyi barədə xəbərdarlıq edib.
Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb. Avro Bölgəsində iqtisadi tənəzzülün başlaması, enerji böhranı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxular ortaq valyutanın zəifləməsinə səbəb olur.
Yüksək inflyasiya bu il Böyük Britaniya və Avrozona iqtisadiyyatları üçün ən böyük "külək" olub, çünki həm biznes, həm də istehlak xərcləri artan qiymət təzyiqləri altında azalıb.
Funt və Avronun zəifləməsi dollar indeksinin bazar ertəsi günü 20 ilin yeni ən yüksək səviyyəsinə çatmasına səbəb olub, çünki dollar "təhlükəsiz liman" alışından faydalanmağa davam edir. Yüksələn ABŞ faiz dərəcələri bu il ehtiyat (rezerv) valyutasını böyük dərəcədə bahalaşdırıb və çox güman ki, yaxın müddətdə daha da bahalaşacaq.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) keçən həftə faiz dərəcələrini bu il daha da yüksəldib, ehtimal ki, 2022-ci ili sonunda 16 ilin ən yüksək səviyyəsinə - 4.4%-ə çatdıracaq.
Türk lirəsi (TL) də ucuzlaşmaqda davam edir. Bakı vaxtı ilə saat 08:44-də Dollar/TL məzənnəsi 18.4491 lirə səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
23 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
-
33 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























