Bakıda “Belarus Şirniyyatları” mağazası açıldı
İyunun 28-də Bakıda Belarusun “Krasnıy pişevik" şirkətinin ilk rəsmi ünvanının açılışı olub.
Daha çox “6-cı paralel” kimi tanınan Naxçıvani küçəsindəki mağaza “Belarus Şirniyyatları” adı ilə fəaliyyət göstərəcək.
Açılış mərasimində iştirak edən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və mağaza rəsmiləri bildiriblər ki, Azərbaycan-Belarus iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsində Şirniyyat Evinin xüsusi rolu olacaq.
“Krasnıy pişevik"in vizit kartı zefirdir desək, yəqin ki, yanılmarıq. Onun özəlliyi həm ləziz, həm də xeyirli olmasındadır. Elə bu fərqləndirici xüsusiyyətinə görə, dəfələrlə Şərqi Avropa və MDB ölkələrində keçirilən sərgilərin qalibi olub. Zefir bütün şirniyyat məhsullarından ən az kaloriyə malik olanıdır. İstehsal zamanı yalnız orqanik məhsullardan istifadə olunur. Zefirin təbii yolla soyudulması isə ənənəvi dadı özündə saxlamağa imkan verir.
Ümumilikdə, “Belarus Şirniyyatları” Bakı istehlakçılarına 100 növ məhsul seçimi təqdim edir. Avropa standartlarına cavab verən, son texnologiya ilə istehsal olunan Lefirelle – ekstra xəfif zefirdir və artıq çəki almaq istəməyənlərin ideal seçimidir. Göbələk, zəncirotu və digər formalı məhsullar isə yalnız əl əməyi ilə istehsal edilir. Marmelad növləri meyvə püresi, pektin, jelatin və şəkərin ideal vəhdətindən hasil olunur. Jele əsaslı konfetlər isə əsl qurmanların seçimidir. Draje və irisin 30-dan çox növü var. Uşaqlıq dövrümüzün ləziz dadını xatırladan şirniyyatlar onlarla peşəkarın əməyi və yarım əsrə yaxın istehsal ənənəsini özündə birləşdirir.
Elmi laboratoriyalarda aparılmış mikrobioloji, fiziki-kimyəvi və radioloji sınaqların nəticəsi onu deməyə əsas verir ki, “Krasnıy pişevik" məhsulları ekoloji təmizdir. Reseptə daxil olan pektin orqanizmdən toksin, ion metallar və radionuklidləri çıxarır; jelatin müalicəvi xüsusiyyətə malikdir – Düsseldorf Universiteti və Çexiya Revmatologiya İnstitutu oynaq artrozuna (duzlaşma) qarşı məhz jelatini tövsiyə edirlər.
“Krasnıy pişevik"in məhsulları Rusiya, İsrail, Almaniya, ABŞ, Kanada, Bolqarıstan, Polşa və başqa ölkələrdə böyük uğurla satılaraq, müştəri məmnuniyyətini təmin edir. Artıq Azərbaycan alıcıları da ekoloji təmiz, zəngin ənənəni özündə birləşdirən və dadından doymaq mümkün olmayan məhsulları əldə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


.jpg)



