“İD-Aqropark” hər hektardan 10 ton nar yığımağı planlaşdırır - 7000 HEKTAR SAHƏ, 300-DƏN ÇOX İŞÇİ
KİV nümayəndələri “İD-Aqropark” MMC-də məhsul yığımı ilə tanış olublarİqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Saatlı rayonunda yerləşən “İD-Aqropark” MMC-də badam məhsulunun yığılmasına başlanılması ilə əlaqədar mediatur təşkil edilib.
Media təmsilçilərinə məlumat verilib ki, əkinçilik və bağçılıq üzrə ixtisaslaşan aqropark 7000 hektar ərazini əhatə edir.
Aqroparkın ümumi əkinə yararlı 6920 hektar sahəsinin 380 hektarında arpa, buğda, 15 hektarında silos qarğıdalı, 30 hektarında darı, 130 hektarında pambıq, 120 hektarında yonca əkilib, 316,5 hektar ərazidə isə badam və nar, 1 hektarında zeytun, 5 hektarında isə sınaq üçün quru meyvə tədarükü üçün bağ (quru meyvəlik bağda şaftalı, ərik, 3 növ gavalı ağacları əkilib) salınıb.
Hazırda aqroparkda badam və pambıq yığımı həyata keçirilir. Pambıq sahələrinin hər hektarından 30-35 sentner, badam bağlarından isə ümumilikdə 7 tondan çox məhsul toplanılması nəzərdə tutulur.
Yaxın günlərdə nar yığımına başlanılacaq və ümumilikdə 2500 tondan çox (hər hektardan 10 ton) məhsul əldə edilməsi planlaşdırılır. Yığılan nar daxili bazara satılmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunacaq. Eyni zamanda, hazırda aqroparkda payızlıq arpa səpini aparılır və bu il 600 hektar ərazidə arpa və buğda əkilməsi nəzərdə tutulur. Aqroparkın ərazisinin qalan hissəsində əkinə hazırlıq işləri aparılır.
“İD-Aqropark”da müasir suvarma üsulları tətbiq edilir.
İndiyədək 21,7 milyon manat investisiya yatırılmış “İD-Aqropark” MMC-də 157 nəfər daimi, 300-dən çox insan isə mövsümi işlə təmin edilib.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilmiş aqroparkda 21 ədəd texnika və 50-dən çox aqreqat mövcuddur.
Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.
Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparklara 1,4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.
Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 3 saat əvvəl
-
4 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
4 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Ən çox oxunanlar
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır

























