iPhone 14 Pro-nun istifadəçiləri kameradan şikayət edirlər
Apple, ötən günlərdə təqdim etdiyi yeni iPhone ilə problem yaşayır. Yeni iPhone 14 Pro sahibləri üçüncü tərəf proqramlarında, o cümlədən TikTok, Snapchat və İnstagram-da foto və ya video çəkərkən kameranın titrəməsindən şikayətləniblər.Çoxdan gözlənilən iPhone 14 Pro texnologiya həvəskarlarına təqdim olundu. Lakin bu yeni modeldə istifadəçilər gözlənilməz problemlə üzləşirlər.
Marja xəbər verir ki, şikayətlərə görə, bəzi üçüncü tərəf proqramlarında, o cümlədən Snapchat, TikTok və İnstagram-da foto və ya video çəkərkən kameranın əsas obyektivi titrəyir
Bu vəziyyətdən şikayət edən istifadəçilər sosial mediada müxtəlif platformalarda öz reaksiyalarını göstəriblər.
Reddit-də bir istifadəçi bildirib: “Mən Snapchat-ı açanda və ya İnstagram üçün kameradan istifadə edəndə kameram titrəməyə başlayır. Ancaq adi kamera tətbiqindən istifadə edəndə heç bir problemlə qarşılaşmıram” deyə yazıb.
Digəri yazıb: “Mən dünən yeni iPhone 14 Pro-mu aldım və Snapchat-da kamera titrəməsi ilə qarşılaşıram. Kiminsə bu problemi var?"
"Mənim iPhone 14 Pro yeni gəldi və mən Snapchat-ı açanda kamera çox titrədi və olduqca qəribə mexaniki səs-küy yaratdı",- digər istifadəçi deyib.
“Apple” şirkəti hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib, lakin bəzi istifadəçilər problemin cihazın optik təsvirinin sabitləşməsinə təsir edən proqram səhvindən qaynaqlana biləcəyini irəli sürüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
