Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.
Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əminamanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.
Qeyd olunub ki, təkcə Kəlbəcər və Laçın rayonları ərazilərində 2019-2021-ci illərdə Ermənistanda istehsal olunmuş PMN-Э növlü 1390 ədəd piyada əleyhinə mina aşkar edilib.
İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrimizin bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış ümumilikdə 7559 ədəd piyada əleyhinə, 2348 ədəd tank əleyhinə mina və 10052 ədəd partlamamış döyüş sursatı aşkarlayaraq məhv etməsinə baxmayaraq, qarşı tərəfin diversiya qrupları sentyabrın 12-də gecə saatlarında bölmələrimizin təminat yollarını və mövqeləri arasındakı əraziləri minalayıb. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.
Brifinqdə tərəfimizdən görülən cavab tədbirlərinin bölmələrimizin, eyni zamanda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb edilmiş mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı xüsusi vurğulanıb.
Bir daha bəyan edilib ki, baş vermiş genişmiqyaslı təxribat nəticəsində yaranan gərginliyə, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
3 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
4 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
5 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
5 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
6 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
6 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)








.jpg)






.jpg)


