Bank sahibkarlara özəl yeni filialını açdı!
(®) Rahat Bankçılıq şüarı ilə müştərilər üçün xidmətlərini daha da əlçatan edən “Rabitəbank” ASC, sahibkarlara özəl “Kiçik və Orta Biznes Mərkəzi” (KOB) filialının rəsmi açılışını edib.
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 3 (Collezonia İtalia-nın arxası) ünvanında yerləşən yeni filial əsasən sahibkarlara xidmət göstərmək üçün nəzərdə tutulsa da, bank bildirib ki, burada fiziki şəxslər də öz bank əməliyyatlarını həyata keçirə bilərlər.
“Fərqli filial dizaynı və özəlləşdirilmiş xidmət servisi ilə ənənəvi bank filiallarından seçilən yeni KOB Mərkəzimizdə sahibkarlar və hüquqi şəxslər bank xidmətlərindən daha rahat və sürətli şəkildə yararlana biləcəklər. Belə ki, yeni filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, biznes kreditləri əldə edə, ən əsası da müştəriyə individual yanaşma ilə özlərini rahat ofis şəraitində hiss edə biləcəklər.
Həmçinin qeyd etmək istəyirəm ki, Rabitəbank, korporativ kreditlər üzrə 144 milyon, KOB kreditləri üzrə 137 milyon, mikrokreditlər üzrə 42 milyondan çox kredit portfelinə sahibdir.
Müştəri məmnuniyyətinin prioritetini nəzərə alaraq gələcəkdə kiçik və orta bizneslə sahibkarlar üçün ixtisaslaşdırılmış filialların sayını artırmağı hədəfləyirik”, - Rabitəbank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Orhan Gültekin filialın rəsmi açılışı zamanı bildirib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər filialda biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcəklər. Eyni zamanda, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlanmaq mümkün olacaq.
Kiçik və orta sahibkarlığa xidmət səviyyəsini gündən-günə inkişaf etdirən Rabitəbank, həmçinin, müştərilərinə banka gəlmədən də öz hesablarını idarə edə bilmələri üçün innovativ İnternet Bankçılıq xidmətini təqdim edir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
19 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
31 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 35 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























