“AzerGold” “Qaradağ” və “Xarxar” yataqları ilə bağlı müqavilə bağlamasına münasibət bildirib
“AzərGold” QSC Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining PLC” şirkəti ilə “Qaradağ” və “Xarxar” sahələri üzrə məlumatların ötürülməsinə dair müqavilə bağlaması məsələsinə münasibət bildirib.
Səhmdar cəmiyyətindən bildirilib ki, ölkə prezidentinin 25 may 2016-cı il tarixli sərəncamına əsasən, “Çovdar”, “Göydağ” və “Dağkəsəmən” filiz sahələrinin, “Köhnəmədən” sahəsinin və “Kürəkçay” hövzəsi yataqları ilə bərabər “Qaradağ” filiz sahəsinin də öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və səmərəli idarə olunması “AzerGold”a tapşırılıb: “Cəmiyyət sözügedən sərəncama uyğun olaraq 2017-2021-ci illər ərzində “Qaradağ” filiz sahəsinə daxil olan “Qaradağ” və “Xarxar” mis-porfir yataqlarında geoloji kəşfiyyat və tədqiqat işləri həyata keçirib. Yataqlar üzrə geoloji məlumatların rəqəmsallaşdırılması məqsədilə 2018-ci ildə prosesə beynəlxalq məsləhətçi şirkət qismində “SRK Consulting” cəlb edilib. Belə ki, adıçəkilən yataqlar üzrə tarixi-geoloji məlumatlar rəqəmsallaşdırılıb, yataqların rəqəmsal geoloji modelləri yaradılıb. Bundan əlavə, yataqlarda 3D İP/Res formatında geofiziki tədqiqatlar aparılıb.
Yataqların resurslarının faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi - “JORC” standartlarının tələblərinə uyğun olaraq qiymətləndirilməsini təmin etmək məqsədi ilə 2020-2021-ci illər ərzində yerli “AT-GEOTECH” və “BLASTO” QSC-lər tərəfindən həyata keçirilən buruqqazma işləri çərçivəsində ümumi dərinliyi 30 000 metr olan 140 quyu qazılıb. Daha sonra 10 000 quyu nümunəsi kimyəvi analizdən keçirilib, ilkin metallurji tədqiqatlar aparılıb. Beləliklə, beynəlxalq JORC standartlarına uyğun olaraq yeni interpretasiya nəticələri üzrə proqnozlaşdırılan mis resursları “Qaradağ” yatağı üzrə 380-530 min ton, “Xarxar” yatağı üzrə 100 min ton qiymətləndirilib.
Bununla yanaşı, 2021-ci ildə “Qaradağ” və “Xarxar” yataqlarında Cəmiyyətin sifarişi əsasında “İQLİM LTD” MMC şirkəti tərəfindən ətraf və sosial-iqtisadi mühitin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işləri aparılıb, müvafiq hesabat tərtib edilib: “Anglo Asian Mining PLC” şirkətinin hazırda fəaliyyət göstərdiyi Gədəbəy rayonuna yaxın ərazidə yerləşməsi nəzərə alınaraq, “Qaradağ” və “Xarxar” filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı hüquqlar 28 iyun 2022-ci il tarixli qanunla qəbul və təsdiq edilmiş, həyata keçirilməsinə icazə verilmiş Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə "R.V. Investment Group Services, LLC" (ABŞ) şirkəti arasında bağlanmış sazişdə dəyişikliyə əsasən, sonuncuya verilib. “Azerbaijan İnternational Mining Company” ötən illər ərzində “AzerGold”un həyata keçirdiyi geoloji kəşfiyyat və tədqiqat işləri çərçivəsində hazırlanmış kəşfiyyat, tədqiqat və hesabat məlumatlarını əldə etmək üçün Cəmiyyətə müraciət edib. Nəticədə “Qaradağ” və “Xarxar” yataqları üzrə aparılmış kəşfiyyat və tədqiqat işlərinə sərf olunmuş vəsait nəzərə alınaraq “AzerGold” və “Azerbaijan İnternational Mining Company” arasında sözügedən yataqlar üzrə kəşfiyyat, tədqiqat və hesabat məlumatlarının sonuncuya verilməsi ilə bağlı 12 avqust 2022-ci il tarixli müqavilə bağlanılıb.
Müqavilənin ümumi dəyəri ƏDV daxil 4,72 milyon ABŞ dollarıdır. Belə ki, “Qaradağ” yatağı üzrə məlumatlar üçün ƏDV daxil 3,912 milyon ABŞ dolları, “Xarxar” yatağı üzrə məlumatlar üçün isə ƏDV daxil 808 min ABŞ dolları məbləğində vəsaitin “AzerGold”a ödənilməsi nəzərdə tutulub. Qarşı tərəf müqavilə üzrə ƏDV daxil 1,18 milyon ABŞ dolları məbləğində avans ödənişini həyata keçirib. Hazırda Cəmiyyət tərəfindən öz fəaliyyəti nəticəsində əldə edilmiş kəşfiyyat, tədqiqat və hesabat məlumatları və aidiyyəti sənədlər “Azerbaijan İnternational Mining Company” ilə təhvil-təslim edilir. Qalıq məbləğ isə müqavilə üzrə nəzərdə tutulmuş müddət ərzində ödəniləcək.
Sözügedən kəşfiyyat, tədqiqat və hesabat məlumatların tətbiqi ilə “Qaradağ” və “Xarxar” yataqları üzrə istismara hazırlıq işlərini sürətləndiriləcək, bu da mədənlərdə hasilat prosesinə daha tez başlamağa və nəticələr əldə etməyə imkan yaradacaq".
Xatırladaq ki, “Anglo Asian Mining PLC” şirkəti “AzerGold” ilə “Qaradağ” və “Xarxar” sahələri üzrə məlumatların ötürülməsinə dair müqavilə bağlandığı haqda məlumat verib. Müqaviləyə əsasən, “Qaradağ” yatağı üzrə məlumatlar üçün 3,3 milyon ABŞ dolları, “Xarxar” yatağı üzrə 700 min ABŞ dolları məbləğində vəsaitin “AzerGold”a ödənilməsinin nəzərdə tutulduğu qeyd edilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
7 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















