“Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq
Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək. Bu barədə "Marja"ya “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.
Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
“Buta Airways”in Bakıdan Tbilisiyə ilk aviareysi sentyabrın 1-də yerinə yetiriləcək.
Minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq.
Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.
“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.
“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılacaq. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlı olacaq. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunacaq.
Yaxın zamanda aviabiletlərin saytda, kassalarda və həmçinin rəsmi agentliklərdə satışına başlanılacaq. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçiriləcək.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar








.jpg)









