"Mənfi kredit tarixçəsi olan şəxslər də kirayə mənzillər üçün müraciət edə bilər"
"Azərbaycanda mənfi kredit tarixçəsi olanlar da kirayə mənzillər üçün müraciət edə bilərlər ki, bu da vətəndaşlar üçün yaradılmış fürsətlərdəndir".
Bu barədə İpoteka və Kredit Zəmanət Fondun (İKZF) Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
Onun sözlərinə görə, satmaq öhdəliyi ilə verilən kirayə mənzillərin vətəndaşlar üçün üstünlüyü ipoteka ilə əldə etməkdən daha çoxdur:
"Bunlardan biri ilkin ödənişin demək olar ki, olmamasıdır. Vətəndaşlarımızdan əksəriyyəti normal gəlirləri olduğu halda belə ipoteka üçün ilkin ödənişi toplaya bilmirlər. Amma kirayə mənzillər bu baxımdan onlar üçün əlverişlidir".
O qeyd edib ki, daha bir üstəlik mənzillərin Bakı, Sumqayıt və Abşeronun müxtəlif ərazilərində yerləşməsi və tam təmirli olmasıdır:
“Bundan başqa, heç bir faizin olmaması, hətta sığorta haqqının belə Fond tərəfindən ödənilməsi belə üstünlüklərdəndir”.
Xatırladaq ki, Azərbaycanda kirayə mənzil mexanizminin tətbiqinə 2019-cu ildə başlanılıb. Bunun üçün İKZF Bakı, Xırdalan və Sumqayıt şəhərlərində 1 yanvar 2013-cü ildən sonra inşa edilmiş, tikinti standartlarına və normalarına uyğun olan hündürmərtəbəli binalardan mənzillər alaraq balansına daxil edib və ölkə vətəndaşlarına təklif etməyə başlayıb. Bütün mənzillər tam təmir edilib, elektrik enerjisi, təbii qaz və su ilə təchiz olunub. Onlar infrastruktur obyektləriə (səhiyyə, təhsil, ictimai iaşə, nəqliyyat və s. yaxın yerləşir.
Azərbaycan vətəndaşı dövlətə məxsus mənzillərdə kirayəçi olmaq üçün rəsmi gəlirlərə malik olmalı, məhkumluğu olmamalıdır. Bundan başqa, müraciət anına yaşın 60-dan çox olmaması (son ödəniş tarixinə isə yaşın 70-dən çox olmaması), vaxtı keçmiş öhdəliklərin olmaması da şərtdir.
Kirayə müqaviləsi 3-25 il müddətinə bağlanılır, vətəndaş sonuncu ilin ödənişini – azı 1 illik kirayə haqqını əvvəlcədən həyata keçirir və növbəti aydan ödənişə başlayır.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə vətəndaşların müraciətləri tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu balansında olan 2 014 mənzili satmaq öhdəliyi ilə kirayəyə verib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
8 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























