Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikənlərin cərimələnməsinə başlanılıb
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər cərimələnməyə başlanılıb.
Məlumata görə, bu evlərin sakinlərinə inzibati xəta haqqında işə baxılması barədə göndərilən bildirişlərdə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.
Qeyd edək ki, Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Bildirişlərdə həmin evlərin sahiblərinə Dövlət Xidmətinin müvafiq şöbələrində inzibati xətaya dair işə baxılacağı tarix bildirilir və işə baxılacağı ilə əlaqədar sübutların təqdim olunması da təklif edilir. O da nəzərə çatdırılır ki, bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Bildirişlər Dövlət Xidmətinin müvafiq ərazi şöbələrinin müdirləri tərəfindən imzalanıb.
Qeyd edək ki, Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş minlərlə ev var. Bəs bu cərimələr hansı dövrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərə münasibətdə tətbiq olunur? İndiyə kimi belə cərimələrin sayı nə qədər olub?
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Dövlət Xidmətindən o da bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsi ilə əlaqədar təqsirkar şəxslər barəsində 2015-ci ildən (müvafiq səlahiyyət keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi vaxtdan) hazırki dövrədək inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 49 d. əvvəl
- 57 d. əvvəl
-
4 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib




























