ABŞ-da inflyasiya zəifləyib
Fed-in kəskin faiz artırması və enerji qiymətlərinin düşməsi iyul ayında ABŞ-da inflyasiyanın zəifləməsinə səbəb olub. İyun ayında 9 faizi keçən və 40 illik rekordunu yeniləyən inflyasiya iyulda 8,5 faizə düşüb. Aylıq qiymətlərdə heç bir dəyişiklik olmayıb.İyulda ABŞ-da illik inflyasiya (ötən ilin iyul ayı ilə müqayisədə) 8,5 faiz olaraq qeydə alınıb.
Marja.az xəbər verir ki, qiymətlərdə aylıq (iyulda iyun ayı ilə müqayisədə) heç bir dəyişiklik olmayıb. Benzinin ucuzlaşması ərzaq və mənzil qiymətlərinin artmasını kompensasiya edib.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 8,7 faiz, aylıq inflyasiyanın 0,2 faiz olacağını gözləyirdilər.
Əsas göstərici olan qida və enerji istisna olmaqla istehlak qiymətləri indeksi (baza inflyasiya göstəricisi) iyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,9% artıb. Bu məlumat üçün proqnoz 6,1% idi.
Benzinin qiymətinin aşağı düşməsi amerikalılar üçün yaxşı xəbər olsa da, yaşayış xərclərinin yüksək olması amerikalıların kredit kartlarına yüklənməsinə və yığımlarının tükənməsinə səbəb olur. İnflyasiyanın yavaşlaması FED-in genişmiqyaslı faiz artırmasının aktuallığını da azaldır.
Fed inflyasiyaya son 40 ilin ən güclü sərt pul siyasətilə (kəskin faiz artırmaqla) cavab verib.
Fed, iyun ayından sonra iyul iclasında da faizini 75 faiz bəndi artırıb və iki ayda cəmi 150 bəndlik faiz artırıb. Bu, 1980-ci illərdən bəri ən güclü sərtləşmədir.
Son zamanlar monetar sərtləşdirməyə baxmayaraq, inflyasiyanın yüksək olması Ağ Evin də gündəmində idi.
ABŞ Senatı noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl ABŞ prezidenti Co Bayden administrasiyasının təqdim etdiyi böyük iqtisadi paketi təsdiqləmişdi. Respublikaçıların hamısı iqlim, vergi və səhiyyə kimi müxtəlif sahələrin maliyyələşdirilməsini nəzərdə tutan İnflyasiyanın Azaldılması Aktı kimi tanınan qanun layihəsinin əleyhinə səs verib. ABŞ-ın vitse-prezidenti Kamala Harris bərabər bölünmüş Senatda həlledici səs verib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























