Gəncədə pərakəndə ticarət dövriyyəsi artıb
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, şəhərdə 2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakcılara 646,7 milyon manatlıq məhsul, o cümlədən 289,9 milyon manatlıq ərzaq məhsulları,içkilər və tütün məmulatları, 356,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 33,8 faiz azalmş, qeyri-ərzaq malları üzrə 1,7 dəfə artmışdır.
2022- ci ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 21,2 faizi ticarət müəssisələri, 57,7 faizi fərdi sahibkarlar tərəfindən, 21,1 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,8 faiz artmış, fərdi sahibkarlar üzrə 12,3 faiz azalmış, bazar və yarmarkalarda 25,0 faiz artmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 301,7 manatlıq, o cümlədən 135,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,5 manatlıq qeyri-ərzaq malları almışdır.
Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq 14 milyon 351,3 min manat təşkil etmişdir. Dövriyyənin 14 milyon 315,3 min manatı fiziki şəxslərin, 36,0 min manatı hüquqi şəxslərin hesabına təmin olunmuşdur.
2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,4 faiz artaraq 197 milyon 672,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 46 milyon 332,7 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 23,4 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 18,9 faizi dövlət, 81,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 92,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















