Norm Sement media nümayəndələri və müştəriləri üçün iftar süfrəsi açıb
Müqəddəs Ramazan ayı münasibətilə Norm Sement 15 və 16 iyunda öz müştəriləri və media nümayəndələri üçün iftar süfrəsi təşkil edib.
İftarda Norm sementlərinin pərakəndə satışını həyata keçirən dilerlər, Norm Ustalar Klubunun Bakıdan olan üzvləri daxil olmaqla 300-ə yaxın müştəri iştirak edib.
İftar süfrəsi İslamın birliyini, bu dinin sülhə və əminamanlığa verdiyi önəmi vurğulayır. Bu müqəddəs ayda şirkət öz müştəriləri, eləcə də media nümayəndələri ilə bir araya gələrək onlarla həmrəy olduğunu nümayiş etdirib.
İftar zamanı şirkət nümayəndələri müştərilərlə tək-tək görüşərək onlarla söhbət edib. Müştərilər isə Norm Sement tərəfindən onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Şirkətin ənənə halı almış belə tədbirləri müştərilərə qayğı və diqqətin göstəricisidir.
16 iyunda açılan iftar süfrəsində kütləvi informasiya vasitələrindən 40-a yaxın nümayəndə iştirak edib.
Şirkət nümayəndələri iftar süfrəsində iştirak edən qonaqları salamlayıblar və onlara tədbirdə iştirakına görə təşəkkürlərini bildirərək xoş arzularını çatdırıblar.
Günümüzdə medianın cəmiyyətin inkişafında rolu danılmazdır. Media xalqımızın ictimai həyatında mühüm rol oynayaraq, cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək kimi mühüm funksiyaları yerinə yetirir. Media nümayəndələri ilə görüşlərin təşkili Norm Sementin ictimaiyyətlə səmimi münasibətini nümayiş etdirir və şirkətlə kütləvi informasiya vasitələri arasında olan bağların daha da möhkəmlənməsinə xidmət edir.
Norm Sement öz sektorunda daim yeniliklərə imza ataraq qısa müddətdə həm müştərilərinin, həm də media nümayəndələrinin rəğbətini qazana bilib. Şirkət Müqəddəs Ramazan ayı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə Uca Allahdan sülh və bərəkət diləyir!
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 d. əvvəl
-
13 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
-
20 d. əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
27 d. əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
1 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
2 saat əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev İclas keçirdi
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!





























