6 yada 2,4 milyard manat pensiya ödənilib
2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb.
2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görəəlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir.
Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.
Son 6 ayda pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb.
2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb. Ötən dövrdə 64 mini pensiya, qalanı müavinət və təqaüd olan 430 min, o cümlədən bu ilin yanvar-iyun aylarında 15,6 mini pensiya, qalanı müavinət və təqaüd olan 160 min təyinat proaktiv olaraq e-qaydada aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























