Məhsul qiymətlərində hansı dəyişikliklər olub? – “Veysəloğlu”dan aylıq AÇIQLAMA
Tez köhnələn qida məhsullarının qiymətində 21,4% artım baş verib.Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il iyun ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin iyun ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin iyun ayına nisbətən 18,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin iyun ayına nisbətən 21,4% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18,7% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 7,8% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 111,6% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 11,6% qiymət artımı müşahidə olunub. “Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ və ona aid şirkətlər üçün qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı əsas vəzifələrdəndir.

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:
Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%
Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:
Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%
Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:
(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%
Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.
“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
4 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























