Cubics – Sizin özəl ERP sisteminiz
(®) “Biznesinizə tam uyğunlaşa bilən idarəetmə sistemi yaratmaq çətindir”. Bu cümlə Cubics BMS həlli barədə məlumatı əldə edənə kimi aktualdır.
Bu gün demək olar ki, bütün lider şirkətlər Cubics məhsulları ilə yaxından tanış olduqdan sonra öz seçimlərini məhz bu şirkətin xeyrinə edirlər. Bəs Cubics həllərini bu qədər özəl edən nədir? Gəlin birlikdə nəzər yetirək.
İş adamlarından biznes təcrübəsi
Cubics Ekspertləri elə ilk addımlardan biznesin avtomatlaşdırılması prosesində iştirak edirlər. Buna görə də Cubics Müştərisi texniki spesifikasiyaları tərtib etməyə və ya sənədlər hazırlamağa vaxt itirmir. Biznes proseslərinin gözdən keçirilməsi və avtomatlaşdırılması real görüş və ya seminar formatında keçirilir və bütün texniki sənədlərin hazırlanması Cubics Ekspertləri tərəfindən həyata keçirilir. Bütün lazımi məlumatlar toplandıqdan sonra Cubics komandası biznesin avtomatlaşdırılması üçün həllin tərtibatına başlayır.
Biznesdən biznesə
Cubics BMS unikal biznes həllidir və onun digər ERP sistemlərindən fərqləndirəcək 3 əsas üstünlüyü vardır:
1- Tamamilə özəl şəkildə hazırlanır və biznes proseslərə uyğun tərtib edilir.
2- Bulud həllidir, dünyanın istənilən nöqtəsindən mükəmməl giriş imkanını yaradır.
3- Çox asan interfeysə malikdir və digər ERP həlləri kimi əlavə kurslar və ya təlimlər tələb etmir.
Cubics komandası istifadəçi təcrübəsinin (user experience) bütün məqamlarını nəzərə aldığı üçün bu sistemlərdə hər bir element öz unikal yerini tutur və biznes həlli üzrə asan naviqasiyanı təmin edir.
Yerli dəstək xidməti
İstənilən biznes “canlı orqanizmdir” və daim böyüyüb inkişaf edir. ERP sisteminin təkmilləşdirilməsi yerli dəstək xidmətinin keyfiyyəti ilə eyni dərəcədə vacibdir.
Cubics Dəstək Xidməti 24/7 müştərilərə sorğular üzrə köməklik göstərir. Bundan əlavə, Cubics Texniki dəstək xidmətinə yeniləmələr və digər yeni funksionallıq da daxildir. İstənilən yeni təkmilləşdirmələr avtomatik olaraq və ya Cubics həllərinin istifadəçilərinin istəyi ilə Cubics BMS sisteminə əlavə edilir. Müştərinin sorğusunu tez bir zamanda qeydə alıb yardım etmək Cubics komandasının əsas dəyərlərindən biri olduğu üçün Cubics müştərisi hər zaman ən qısa zaman ərzində müraciətinə həll əldə etmiş olur.
Cubics haqqında ətraflı məlumat üçün: https://www.cubics.technology
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























