Samsung Galaxy S21 FE smartfonunu xüsusi aksiya çərçivəsində əldə etmək fürsətini qaçırmayın
(®) Smartfon almağı düşünürsünüz? Galaxy S21 FE-yə daha yaxından nəzər salın. Adından da göründüyü kimi, Fan Edition xüsusi olaraq şirkət məhsullarının əsl pərəstişkarları üçün nəzərdə tutulub.
Smartfon möhtəşəm və premium dizayna malikdir. Burada Contour-Cut çərçivəsi cihazın əsas kamerası ilə birləşərək vahid bir görünüş yaradır. Bundan əlavə, smartfonun təqdim olunduğu dörd yeni rəng - yaşıl, bənövşəyi, ağ və boz - dəbli tutqun çalarlarla istifadəçilərə özlərini ifadə etməyə kömək edəcək.
Smartfon 155,7 × 74,5 × 7,9 mm ölçüdə istehsal edilmişdir və cəmi 177 qram çəkisi vardır.
Cihaz əldə yaxşı oturur və onun istifadəsi olduqca rahatdır, o həm də kiçik bir çantaya asanlıqla yerləşə bilir. Həmçinin, smartfonun korpusu IP68 standartına uyğun olaraq su və toz keçirməməzliyə malikdir (cihaz 30 dəqiqəyə qədər suyun 1,5 metrə qədər dərinliyində qala bilir).
Samsung Galaxy S21 FE üçlü kamera dəsti ilə təchiz olunub:
• 12 MP, f/1.8, Dual Pixel PDAF, OIS (əsas)
• 12 MP, f/2.2, 123˚ (ultra geniş)
• 8 MP, f/2.4, PDAF, OIS, 3 qat optik böyütmə (uzun fokuslu)
Burada həmçinin, Galaxy S21 FE-nin təkmilləşdirilmiş 32MP selfi kamerası yüksək keyfiyyətli kadrlar çəkməyə imkan verir. AI Face Restoration isə hər kəsi ən yaxşı görkəminə ifadə edir. Həmçinin, smartfonda mövcud olan ikili qeyd funksiyası sayəsində isə siz eyni vaxtda əsas və selfi kameralarından çəkiliş apara bilərsiniz.
Smartfon Dynamic AMOLED 2X, 401 ppi icazəli, 120 Hz yenilənmə tezliyinə malik ekran ilə təchiz olunmuşdur. Displeyin parlaqlıq göstəricisi isə ən yüksək nöqtədə 1200 nit-ə çatır. Əlavə olaraq, Samsung-un intuitiv anlaşıla bilən One UI 4 interfeysi sayəsində smartfon tam olaraq sahibinə uyğunlaşaraq, işləmə prosesini onun ehtiyaclarına uyğun tənzimləyir.

Samsung Galaxy S21 FE səkkiz nüvəli Qualcomm Snapdragon 888 tək kristallı sistemi ilə təchiz olunub, qrafik prosessorun rolunu isə burada Adreno 660 GPU yerinə yetirir. Sözü gedən bu çipset çox sürətlidir və önümüzdəki, bir neçə il üçün işləmə gücü ehtiyatına malikdir. Burada operativ yaddaşın həcmi 6 QB, daxili yaddaşın həcmi isə 128 QB təşkil edir. Cihazın batareyası 25 Vt super sürətli yükləməni dəstəkləyir, bu isə smartfonunuzu cəmi 30 dəqiqə ərzində 50%-dən çox yükləməyə kömək edərək, diqqətinizi işə və ya oyuna yönəltmənizə imkan yaradır.
Xatırladaq ki, 30.06.2022-ci il tarixinədək yuxarıda göstərilən smartfon üçün xüsusi aksiya keçərlidir. Belə ki, Samsung Galaxy S21 FE aldıqda, siz Galaxy Buds2 qulaqcıqlarını hədiyyə qazanırsınız. Kampaniya haqqında daha ətraflı məlumatı Samsung-un rəsmi internet saytından və Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, World Telecom, Soliton və Optimal mağazalar şəbəkəsində əldə edə bilərsiniz. Qeyd edək ki, Samsung Galaxy S21 FE artıq rəsmi distributorlarda təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)





.jpg)


