Azərbaycanda fındıq qərzəyindən üzvi gübrə istehsal oluna bilər
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Təhsil, Elm, Tədqiqat və Dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant layihələri çərçivəsində fındıq qərzəyindən üzvi gübrə kimi istifadənin perspektivləri araşdırılıb.
Bu barədə layihə rəhbəri Altay Dəmirzadə məlumat verib.
Layihə rəhbəri bildirib ki, ölkə üzrə əhəmiyyətli ixrac payına malik olan sahələrdən biri də qərzəkli meyvəçilikdir. Bu sahədə ilk yeri tutan təbii ki, fındıq bağlarıdır. Qərzəkli meyvələrə dünya bazarında tələbatın ildən-ilə artmasını nəzərə alaraq, ölkəmizdə də son illərdə yeni fındıq bağlarının salınması və köhnə bağlarda məhsuldarlığın yüksəldilməsi sahəsində mühüm işlər görülür. Bu günə olan statistikaya görə, ölkə ərazisində fındıq bağlarının ümumi sahəsi 80 min hektara yaxındır ki, bunun da təxminən 50 min hektara yaxını bar verən bağlardır. Təkcə ötən il respublika ərazisində 840 hektar yeni fındıq bağları salınıb. Ümumilikdə 2021-ci ildə Azərbaycanda 67 min tondan çox fındıq yığılıb. Bu məhsulun da böyük hissəsi ixrac olunub. Ötən il ölkəmiz fındıq istehsalı və ixracına görə dünyada 3-cü yeri tutub. Bütün bu rəqəmlər fındıq bağlarının artırılmasına və bu sahənin inkişaf etdirilməsinə böyük maraq yaradır.
Onun sözlərinə görə, ilkin olaraq, məhsul yığımı zamanı yaranan və tullantıya atılan fındıq qərzəyini orqanik növ gübrəyə çevirə bilmək potensialı araşdırılıb: “Avqust-sentyabr aylarında fındıq yığımı zamanı meyvənin üzərində olan yaşıl qərzək tullantıya çevrilir. Bar verən bağlarda ümumilikdə yığılan məhsulun miqdarına nəzər saldıqda, ilkin hesablamalara görə, bu, hər il min tonlarla fındıq qərzəyi deməkdir. Əgər, biz bu qərzəyin laboratoriya şəraitində üzvi gübrəyə çevrilməsini təmin edə bilsək, il ərzində yüz tonlarla orqanik gübrə ala bilərik. Əldə olunacaq yeni növ məhsul, yəni gübrə orqanik olduğu üçün əkin və bag sahələrinin becərilməsində xüsusilə faydalı sayıla bilər”.
Fındıqçılıq rayonlarında araşdırma zamanı məlum olub ki, bağlardan məhsul yığıldıqdan sonra xüsusi texnikalarla sürətli formada qərzəkdən təmizlənir. Yerdə qalan fındıq qərzəyi isə əksər hallarda yandırılaraq, məhv edilir. Altay Dəmirzadə bildirib ki, hər il min tonlarla qərzək tullantısı yarandığını və bütün bu tullantının yandırılaraq məhv edildiyini nəzərə alsaq, bu məsələ ekoloji cəhətdən də ətraf mühitə mənfi təsir edir. Halbuki alınan qərzək tullantısını toplayaraq, istehsal prosesinə cəlb etmək olar. Bununla da, ilk növbədə, fermerlər və həyətyanı sahədən məhsul toplayan insanlar qərzəyi gərəksiz yerə yandırmadan, daha faydalı bir iş üçün yönəldə bilərlər. Digər tərəfdən, ətraf aləm ekoloji ziyan yaradan tüstüdən və gərəksiz tullantılardan azad olar.
Hazırda layihə yekunlaşmaq üzrədir. Qərzək tullantısından üzvi gübrənin müxtəlif bitkilər altında sınağı da planlaşdırlır. Nəticələr uğurla tamamlanarsa, qarşıdakı illərdə fındıq qərzəyinin üzvi gübrə kimi istehsalı həyata keçirilə bilər.
Altay Dəmirzadə qeyd edib ki, layihənin tədqiqat mərhələsində fındıqçılıq üzrə ixtisaslaşmış Qəbələ, Zaqatala və Xaçmaz rayonlarına səfərlər çərçivəsində yerli sakinlər, böyük fermer təsərrüfatı sahibləri ilə aparılan müzakirələr, insanların layihəyə olan marağı bu işin fındıqçılıq bölgələri üçün faydalı ola biləcəyinə ümid yaradır. Digər tərəfdən, torpaq münbitlyinin qorunması və dayanıqlı istifadəsinə böyük töhfə verə bilər.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
- 34 d. əvvəl
-
45 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!


















.jpg)


.jpg)


