Bayrağımızın dalğalandığı ilk Dünya Çempionatı - FOTO, VİDEO
METAK şirkətinin İcraçı direktoru Aydın Kərimov "Ironman" Dünya çempionatında bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.Bu ilin may ayında Ironman üzrə növbəti Dünya Çempionatı keçirilmişdir.
Pandemiya səbəbindən yarışın baş tutduğu ərazi Havay adalarının Koni şəhərindən Sent Corc şəhərinə köçürülmüşdür. Həmin şəhərdə may ayında suyun 14-15 dərəcə soyuq olması, velosipedlə 2200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatı Ironman tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb olub.
Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirmişdir. Ağır şərtlərinə baxmayaraq, Aydın Kərimov Ironman Dünya çempionatındakı tam məsafəni başa vurub bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.
Ümumilikdə Ironman yarışının tam məsafəsi 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped yürüşündən və 42,2 kilometr qaçışdan ibarətdir. Məhz bu səbəbdəndir ki, yarışa verilmiş 3800 ərizəyə baxmayaraq yalnız 2800 iştirakçı qoşula bilib və onların 20%-i missiyanı tamamlaya bilməyib, digər yarışlarda isə bu göstərici 7%-ə bərabər olurdu. Aydın bu yarışın öhdəsindən 14 saat 15 dəqiqədə gəlməyi bacarmışdır. Bu yarışla birlikdə o, üç dəfə Ironman titulunu qazanmışdır: Barselonada keçirilən ilk yarışı 10 saat 50 dəqiqədə, Tallindəki digər yarışı isə 11 saat 53 dəqiqədə tamamlamışdır.
Aydin Kərimov təkcə Ironman marafonlarında iştirak etmir, həm də triatlonu fəal şəkildə təbliğ edir. Aydın METAK şirkətinin İcraçı direktoru olması ilə yanaşı həmdə çoxsaylı azərbaycanlı triatlonçuları birləşdirən AlphaTriClub-u yaradıb. Klub ölkəmizdə triatlon idman növünü böyüklər və uşaqlar arasında təbliğ edir və yarışlar təşkil edir. Biz Azərbaycan təmsilçisinin triatlon kimi yeni idman növündə iştirakı ilə fəxr edir və millilərimizin sayının dünya çempionatlarında artmasına inanırıq.
https://www.instagram.com/aydin.karimov/
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı







.png)















