SOCAR “TEKNOFEST Azərbaycan” festivalında uğurla təmsil olunur
(®) Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start götürüb.
2018-ci ildən başlayaraq hər il keçirilən festival Türkiyədən kənarda ilk dəfə Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti– SOCAR “TEKNOFEST Azərbaycan” festivalında öz stendi ilə təmsil olunur. Stend SOCAR-ın 2035-ci ilədək korporativ strategiyası əsasında tərtib olunub. Burada şirkətin ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı, enerji keçidi, rəqəmsallaşma, innovasiyalar, vençur kapital sərmayələri kimi yeni üfüqlər barədə də məlumat verilir.
Stenddə Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunələrindən olan “SOCAR Türkiyə” ilə bağlı da önəmli təqdimatlar yer alıb. Burada “STAR” neft emalı zavodunun və “Petkim” neft-kimya kompleksinin əraziləri “3D xəritələnmə” layihəsi ilə tam rəqəmsallaşdırılmış formada nümayiş etdirilir. Həmçinin zavodun, onun qurğularının vəziyyətini yoxlayan ağıllı texnologiyalar, xüsusi dronlar festival ziyarətçiləri tərəfindən maraqla qarşılanır.
Burada, həmçinin “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi”nin fəaliyyət sahələri ilə bağlı məlumat təqdim olunur. Qeyd edək ki, Mərkəz 3D printerlərlə müxtəlif sənaye sahələri üçün bir sıra ehtiyat hissələri hazırlayır. Habelə ziyarətçilər stenddə katalizator analizi cihazı və digər önəmli layihələrlə də tanış olurlar.
Stenddə müasir texnologiyaları tətbiq etməklə neft və qaz hasilatının artırılması istiqamətində əldə olunan nailiyyətlər, eyni zamanda, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun, şirkətin İnformasiya texnologiyaları və rabitə idarəsinin rəqəmsallaşma ilə bağlı layihələri, SOCAR-ın enerji keçidi ilə bağlı gələcək planları barədə məlumatlar təqdim edilir.
Neft kapitalının insan kapitalına çevrilməsi məqsədinə xidmət edən Bakı Ali Neft Məktəbi və onun startap layihələri ilə bağlı təqdimatlar da SOCAR-ın stendində yer alıb.Qeyd edək ki, festival mayın 29-da başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























