Kapital Bank ev tikintisi üçün ipotekanı daha əlçatan etdi
Kapital Bank hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Belə ki, öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər artıq daha uyğun və yenilənən şərtlərlə bu kredit məhsulundan yararlana bilərlər.
Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək istəyənlər artıq 20 ilədək müddətə, 250 000 manatadək və illik faiz dərəcəsi 7%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər.
Bu ipoteka kreditindən yararlanmaq üçün tikinti aparılacaq torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin, yəni çıxarışın olması və təminat olaraq istənilən şəxsə məxsus fərdi yaşayış sahəsinin, mənzilin, bağ evinin və ya qeyri-yaşayış sahəsinin təqdim edilməsi zəruridir.
Tikinti işləri həm fərdi olaraq, həm də Kapital Bank-la partnyor olan tikinti şirkətləri vasitəsilə də aparıla bilər. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























