Rusiya Maliyyə Nazirliyi Bloomberg-in proqnozunu təkzib edib
Rusiya Maliyyə Nazirliyi makroiqtisadi proqnozlarla məşğul olmadıqlarını və 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) 2% azalacağı qənaətinə gəlmədiklərini bildirib. Daha əvvəl bu barədə Bloomberg məlumat yayıb və qeyd edib ki, Rusiya iqtisadiyyatında 1994-cü ildən bəri ən ciddi azalma olacaq.
Marja xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Bloomberg-in Maliyyə Nazirliyinin bu il Rusiya ÜDM-nin 12% azalacağı ilə bağlı gözləntiləri doğru deyil.
“Maliyyə Nazirliyinin səlahiyyətlərinə rəsmi makroiqtisadi proqnozların hazırlanması daxil deyil”, - deyə nazirlikdən bildirilib.
Bloomberg mənbələrə istinadən Maliyyə Nazirliyinin müvafiq daxili proqnozunun olması barədə məlumat yayıb. Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, əgər bu proqnoz özünü doğrultsa, son on ildəki iqtisadi artımı silinəcək.
Aprelin 29-da Rusiya Mərkəzi Bankı sərt sanksiyalar qarşısında Rusiya iqtisadiyyatının çöküşünün "dərinliyi ilə" bağlı ilk rəsmi proqnozunu verib. Mərkəzi Bank 2022-ci ildə real ÜDM 8-10%, 2023-cü ildə 0-3% azalacağını gözləyir. İqtisadi artımın yalnız 2024-cü ildə (2,5-3,5%) yaranacağı proqnozlaşdırılır.
"S&P Global Market Intelligence" analitiklərinin fikrincə, Rusiya iqtisadiyyatını 2021-ci il səviyyəsinə qaytarmaq üçün on il vaxt lazımdır. Onlar göləyirlər ki, 2022-ci ildə ölkənin ÜDM-i 11,1%, 2023-cü ildə 1,9% azalacaq, 2024-cü ildə isə 1,6% artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti





















