Dövlət Sığorta Şirkəti rebrendinq etdi – YENİ LOQO
Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti ölkənin sığorta bazarındakı mövqeyini daha da gücləndirmək, eləcə də çevik və innovativ şirkətə çevrilməsi məqsədi ilə rebrendinqlə bağlı apardığı kompleks işləri davam etdirir.
Şirkətin yaydığı məlumatda qeyd edir ki, rebrendinq işləri çərçivəsində şirkətin loqosu və “brandbook”u tamamilə yenilənib.
Şirkətin yeni brendinin əsas ideoloji mahiyyəti dövlət sığortası adı altında vəhdət yaradaraq cəmiyyəti birləşdirməkdir. Yeni loqo özlüyündə cəmiyyətin vahid olması simvolunu özündə əks etdirir və milli atributumuz olan səkkizgüşəli ulduzu əmələ gətirir.
Loqodakı naxış elementləri birləşərək milli şəbəkə ornamentini simvolizə edir. Bu isə qeyd edilən vəhdəti yaratmaq üçün düşünülmüş elementlər şəbəkəsini nəzərdə tutur.
Qeyd edək ki, rebrendinq prosesi müxtəlif satış kanalları vasitəsi ilə müştərilərin tələbinə uyğun sərfəli sığorta məhsullarının hazırlanmasında və daha asan əlçatanlığının təmin olunmasında şirkətin yeni inkişaf mərhələsinə təkan olacaq.
Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanov: “100 ildən çox tarixə malik olan Dövlət Sığorta Şirkəti Cənubi Qafqazın ən iri şirkətlərindən biri hesab olunur. Təbii ki, zaman keçdikdə yenilənməyə, təkmilləşməyə ehtiyac yaranır. Biz rebrendinq etməklə müştərilərimizə də bu dəyişiklikləri hiss etdirməyə çalışırıq. Bütün bu işlər şirkətin artıq yeni bir inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Bizim üçün əsas meyar müştəri məmnuniyyəti səviyyəsini daha da artırmaqdır və bu istiqamətdə səylərimizi daha da gücləndiririk. Rebrendinq şirkəti inkişafa aparan bir prosesdir və bunun nəticəsində biz peşəkar komanda olaraq korporativ və fərdi müştərilərimizə daha çevik və keyfiyyətli xidmətlər və yeni məhsullar təqdim edəcəyik. Əsas məqsədimiz bazarın ən aparıcı, brend şirkətinə çevrilmək, xidmətlərimizi daha da rahat və faydalı edərək müştəri tələblərini qarşılamaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























